Rusiya NATO-Ukrayna münasibətlərindən narahatdır

Ukraynanın NATO-ya üzv qəbul edilməsi son dərəcə təhlükəli addım olacaq və bu, Moskvanı reaksiya verməyə məcbur edəcək.

Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

Onun sözlərinə görə, Ukraynanın NATO-ya daxil olması haqda qiymətləndirmələr ABŞ nümayəndələrinin nitqindən ilk dəfə deyil eşidilir.

“Lakin biz yenə də rəsmi mövqeyə deyil, konkret addımlara diqqət yetiririk”, – Rusiya XİN rəhbərinin müavini vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın müdafiə naziri Lloyd Austin Ukraynanın Şimal Alyansına üzv olma perspektivlərini şərh edərkən, üçüncü ölkələrin bu mövzuda veto qoymaq hüququna malik olmadığını və Vaşinqtonun Kiyevin səylərini dəstəklədiyini bildirib.

APA

Copy link
Powered by Social Snap