Rusiya və ABŞ-ın Baş Qərargah rəisləri Finlandiyada görüşüb

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli ilə görüşüb.

APA-nın Moskva müxbirinin Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Finlandiyanın Vanta şəhərində keçirilən görüşdə rusiyalı və amerikalı generallar qarşılıqlı maraq doğuran məsələləri, hərbi fəaliyyət zamanı insidentlərin yaranması risklərinin azaldılmasını müzakirə ediblər.

Copy link
Powered by Social Snap