Rusiyada virusdan ölənlərin sayı 230 600 nəfəri ötüb

Rusiyada son sutka ərzində daha 35 660 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Herbiand.az Rusiya KİV-nə istinadən məlumat verir ki, bu barədə Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 8 241 643 nəfərə çatıb

Son sutka ərzində 1072 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 230 600 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Türkiyədən sonra dördüncü yerdə gəlir.

Copy link
Powered by Social Snap