Səlcuq Bayraktardan daha bir yenilik

“İnşallah, 2022-ci ildə “Bayraktar TB3” pilotsuz uçuş aparatı (PUA) ilk uçuşunu keçirəcək”.

Herbiand.az “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar deyib.

“2023-cü ilə qədər pilotsuz döyüş təyyarəsi ilə bağlı layihəni reallaşdırmağı hədəfləyirik”, – deyə S. Bayraktar vurğulayıb.

O, Azərbaycanın “Tək Vətən Hərəkatı”nda istifadə edilən “Bayraktar TB2”-lərin müharibənin doktrinasını dəyişdirdiyini də xatırladıb.

Copy link
Powered by Social Snap