Taliban nizami ordu yaratmağa başlayıb

“Taliban” yaxın bir neçə ay ərzində nizami ordu yaradacaq.

Herbiand.az Tolo News telekanalına istinadən xəbər verir ki, bu barədə açıqlama ilə Əfqanıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kari Fasihuddin çıxış edib.

Xatırladaq ki, avqust ayında ABŞ hərbi kontingenti Əfqanıstanı tərk edib.

Öz növbəsində “Taliban” ölkənin bütün böyük şəhərlərini və qonşu dövlətlərlə olan sərhəd keçid məntəqələrini ələ keçirərək iyirmi illik müharibənin bitdiyini elan edib.

Sentyabrın əvvəlində isə “Taliban” müvəqqəti hökumətin tərkibini açıqlayıb.

Copy link
Powered by Social Snap