Türkiyədə bu gün koronavirusdan 200-ü ötdü

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 231 nəfər ölüb.

Herbiand.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 319 110 nəfər test edilib, onların 24 613-nün koronavirus testi pozitiv nəticə verib, 26 052 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 102 431 607 peyvənd tətbiq edilib ki, bunun 83, 42 faizi birinci mərhələ vaksinasiya olunanlardır.

Copy link
Powered by Social Snap