Türkiyədə koronavirusla bağlı statistika

Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 237 nəfər həyatını itirib.

Herbiand.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 357 636 nəfərdən test götürülüb, onların 33 860-nın testi pozitiv nəticə verib. Aktiv xəstələrdən 30 110 nəfəri sağalıb.

Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 88%-nə bir doza, 75,10%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.

Copy link
Powered by Social Snap