Türkiyədə yanacağ 10% bahalaşa bilər

Türkiyə lirəsinin məzənnəsinin kəskin aşağı düşməsi ilə əlaqədar ölkədə noyabrın 25-dən etibarən avtomobil benzininin və dizelin qiymətində artımlar tətbiq oluna bilər.

Herbiand.az– ın xəbərinə görə, bu barədə “Bloomberg” etibarlı mənbələrə istinadən yazır.

Qeyd olunur ki, lirənin zəifləməsi nəticəsində 1 litr benzinin qiyməti 1,01 lirə (0,07 dollar) artaraq 9,66 lirəyə (0,74 dollar), 1 litr dizel yanacağının qiyməti isə 1,05 lirə (0,08 dollar) artaraq 9,77 lirə 0,75 dollar təşkil edəcəyi gözlənilir.

Qeyd edək ki, ilin əvvəlindən lirə dollara qarşı 70% ucuzlaşıb.

Xatırladaq ki, Türkiyə lirəsi Azərbaycan manatına qarşı rəsmi məzənnəsi bu gün daha 10,4% azalaraq 0,1334 manata enib. Lirənin manata qarşı məzənnəsi son bir ayda 24,7%, ilin əvvəlindən isə 41,8% azalıb. Hazırda 1 manat 7,496 lirəyə bərabərdir.

Copy link
Powered by Social Snap