Türkiyədə yanğına görə daha bir nəfər həbs edildi

Mersində otları alışdıraraq yanğına səbəb olan şübhəlilərdən 1-i həbs edilib.

Herbiand.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Mersin Baş prokurorluğu məlumat yayıb. Bildirilir ki, iyulun 31-də hadisəni törətməkdə şübhəli bilinən K.Ş. və B.K. adlı şəxslər polis tərəfindən saxlanılmışdı.

stintaq zamanı K.Ş.nın günahı sübuta yetirildiyindən o həbs edilib, B.K. məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Araşdırmalar davam etdirilir.

Copy link
Powered by Social Snap