Ərdoğanın Rusiyaya səfər tarixi açıqlanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfər tarixi açıqlanıb.

Herbiand.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Türkiyə Prezident Administrasiyası Ərdoğanın sentyabrın 29-da Rusiyaya birgünlük işgüzar səfər edəcəyini açıqlayıb.

“Türkiyə Prezidentinin sentyabrın 29-da Soçi şəhərinə birgünlük səfəri gözlənilir”, – deyə qeyd olunub.

Copy link
Powered by Social Snap