ABŞ müdafiə naziri Avropa turnesinə çıxır

ABŞ müdafiə naziri Lloyd Ostin gələn həftə Avropa turnesi çərçivəsində Gürcüstan, Ukrayna və Rumıniyaya səfər edəcək.

Herbiand.az xarici mətbuata istinadən bildirir ki, bu haqda Pentaqon rəsmisi Con Kirbi məlumat verib.

Turnenin yekununda müdafiə naziri Brüsseldə ABŞ-ın müttəfiqlərinin və tərəfdaşlarının da iştirak edəcəyi NATO-nun müdafiə nazirləri ilə görüşəcək.

Keçmiş sovet respublikalarına səfərin təfərrüatları barədə məlumat verilməyib.

Copy link
Powered by Social Snap