ABŞ Özbəkistanda hərbi bazalarını yerləşdirmək istəyir

Pentaqon rəsmiləri Özbəkistan ərazisində antiterror bazaları yerlədirmək istəyir. Bununla bağlı oktyabr ayında bu ölkə ilə müzakirələr aparılacaq.

Herbiand.az xəbər verir ki, bu məlumatı hərbi dairələrə istinadən konqres rəsmisi bildirib.

Qeyd edilib ki, ABŞ üçün əsas gündəm ilk növbədə Özbəkistanda antiterror qüvvələrinin yerləşdirilməsi məsələsidir. Bu cür razılaşma Amerika hərbçilərinə Əfqanıstanı izləmək və lazımi hədəfləri vurmaq üçün yaxşı imkan verə bilər.

Bir müddət əvvəl Özbəkistan Senatının sədr müavini Sadıq Safayev bildirmişdi ki, Özbəkistan hərbi baza ilə bağlı ABŞ-la aparılan dialoqdan imtina edib. Çünki ölkənin qanunvericiliyi bu cür danışıqlar aparmağa imkan vermir.

Copy link
Powered by Social Snap