Cənubi Koreya qeyri metal minaları aşkar etmək üçün dedektorlar alır

Cənubi Koreya hərbçiləri 2022-ci ildə metal və qeyri metal minaları aşkar etmək üçün yeni əl mina dedektorlarından istifadə etməyə başlayacaq.

Herbiand.az xarici mətbuata istinadən bildirir ki, bunun köməkliyi ilə sərhəd boyunca cəmləşdirilən Şimali Koreyanın taxta minalarını da tapmaq mümkün olacaq.

Cənubi Koreya minaaxtaranları 1990-cı illərdən qeyri metal minaları aşkar edə bilməyən PRS-17K dedektorlarından istifadə edirlər. Ancaq oxşar məhsulları Şimali Koreya hərbçiləri də istifadə edir. Onlar İkinci Dünya Müharibəsi dövrünə aid sovet minalarının əksini çıxardıblar. O, taxta korpusdan və minimal həcmdə metal komponentlərdən ibarətdir. Belə mərmilər əsasən Şimali və Cənubi Koreya sərhədi boyunca yerləşdirilib. Bu minalar yağış zamanı aşkara çıxır və çay sahillərinə yaxınlaşır ki, bu da təhlükəlidir.

Cənubi Koreya PRS-20K əl mina dedktorlarından 1600 ədəd almağı planlaşdırır. Hərbçilər bu aparatları 2022-ci ilin 2-ci yarısından qəbul etməyə başlayacaqlar.

Onlar bu dedektorlardan Şimali Koreya ilə sərhədin yaxınlığındakı rayonları minalardan təmizləmək üçün istifadə edəcəklər. Ərazi təmizlənəndən sonra Koreya müharibəsi zamanı həlak olan hərbçilərin qalıqlarının götürülməsi başlayacaq.

Copy link
Powered by Social Snap