Dənizçilərimiz yarışdan geri döndülər

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində “Dəniz kuboku” müsabiqəsində iştirak edən Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları Bakıya qayıdıb.

Müdafiə Nazirliyindən Herbiand.az-a verilən məlumata görə, sentyabrın 6-da hərbi dənizçilərimizin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, müsabiqəyə HDQ-nin G-122 və G-124 gözətçi gəmiləri ilə qatılan komandamız üçüncü yerə layiq görülüb.

Copy link
Powered by Social Snap