Daha bir itkin düşən hərçinin nəşi tapılıb

Vətən müharibəsində itkin düşən və axtarışları davam edən 7 hərbçidən biri – Əliyev İxtiyar İlqar oğlunun nəşi tapılıb.

Bu barədə APA-ya şəhidin qardaşı Vüqar Əliyev məlumat verib. O bildirib ki, şəhid İxtiyar Əliyev sabah Goranboy rayonunda dəfn olunacaq.

Qeyd edək ki, gizir İxtiyar Əliyev Vətən müharibəsi zamanı, oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.

Allah rəhmət eləsin!

Copy link
Powered by Social Snap