“Donbassdakı müharibənin səbəbkarı Rusiyadır” – ABŞ generalı

Pentaqon rəhbəri və ABŞ ordusunun generalı Lloyd Ostin Ukraynaya səfəri çərçivəsində bu ölkənin müdafiə naziri Andrey Taran ilə birgə brifinq keçirib. Brifinq zamanı o bildirib ki, Donbasda baş verən silahlı münaqişənin günahkarı Rusiyadır.

Herbiand.az-ın məlumatına görə, bu haqda “İnterfaks” xəbər verib.

“Gəlin aydın danışaq ki, bu müharibəni Rusiya başladı və bu məsələnin sülh yolu ilə həll olunmasına mane olan bir daşdır. Onlar Ukraynanın ərazi bütövlüyünü və suverenliyini pozmağa başladılar”, – deyə general Donbassla bağlı suala belə münasibət bildirib.

Bununla yanaşı, Ostin növbəti dəfə Ukrayna hökümətini əmin edib ki, ABŞ Rusiya ilə münaqişədə onlara hərtərəfli dəstək verəcək. Penatoq rəhbəri söz verib ki, Ukrayna ordusunun döyüş hazırlığının qaldırılması üçün maksimum çalışacaqlar.

Copy link
Powered by Social Snap