Dünyada ilk iki yerlik 5-ci nəsil təyyarə nümayiş olunub

Çində dünyada ilk iki yerlik 5-ci nəsil təyyarələr hazırlanıb. Təyyarə təlim və ixtisaslaşdırılmış versiyalar üçün əsas ola bilər.

Herbiand.az xəbər verir ki, J-20 iki nəfərlik qırıcıların fotolarını The Military Watch jurnalı dərc edib.

Kabinənin genişləndirilməsi nəticəsində təyyarədə 2 pilot yerləşə bilir. Təyyarənin hazırda yerüstü sınaqları keçirilir. İkinci ekipaj radioelektron avadanlığı idarə edə və ya təyyarənin silahlanmasını həyata keçirə bilər.

Həmçinin, iki yerlik təyyarə 5-ci nəsil təyyarələrin pilotlarının hazırlığını sürətləndirə bilər. Bunula da simulyator təliminin bir hissəsini təlimatçı ilə uçuşlarla əvəz etmək imkanı yaranır.

South China Morning Post nəşri sentyabrda Rusiya mühərrikləri ilə təchiz olunan J-20-nin əvvəlki versiyasının çatışmazlıqlarını sadalamışdı. Nəşrin qeyd etdiyinə görə, AL-31F M2 aqreqatının gücünün kifayət qədər olmaması təyyarənin manevr imkanlarını məhdudlaşdırır. Aprel ayında isə nəşr təyyarənin iki nəfərlik versiyasının hazırlanmasını şərh etmişdi. Müəllif qeyd etmişdi ki, J-20 bir neçə dronları idarə edə biləcək və radioelektron döyüş sistemi alacaq.

Copy link
Powered by Social Snap