Emin Həsənli: “Onların üzərinə ölkəmizin maraqları baxımından çox böyük vəzifələr, məsuliyyət düşür”

Prezident İlham Əliyev generalları təltif edib. General-leytenant Kərim Tofiq oğlu Vəliyevə general-polkovnik ali hərbi rütbəsi verilib. O, Müdafiə Nazirliyinin Baş Qərargah rəisidir.

İlham Əliyevin daha bir sərəncamı ilə general-mayor Ənvər Zəkəriyyə oğlu Əfəndiyevə general-leytenant ali hərbi rütbəsi verilib. Ə.Əfəndiyev müdafiə nazirinin müavini, Quru Qoşunlarının Komandanıdır.

Prezidentin növbəti sərəncamı baş prokuror Kamran Əliyevlə bağlıdır. Kamran Bayram oğlu Əliyevə I dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə general-polkovniki) ali xüsusi rütbəsi verilib.

Kamran Əliyev bu rayonlara yeni prokurorlar təyin etdi - RƏSMİ | marja.az

Kamran Əliyev

Bu, o deməkdir ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı özünün hərbi komandasına tam güvənir, etimad göstərir və onları layiq olduqları şəkildə, xidmətlərinin müqabilində mükafatlandırır. Bu proses 2019-cu ilin iyun ayının 20-də Əli Nağıyevin DTX-ya, Vilayət Eyvazovun DİN-ə 1-ci şəxs kimi gətirilmələri ilə başlandı desək, yanılmarıq. Ətalətdən silkindi çıxdı hüquq-mühafizə sistemi.

Kərim Vəliyev: “Şəhidlərimizin qanı yerdə qalmayacaq”

Kərim Vəliyev

Siyasi komanda ilə paralel hərbi komandada da son illər baş verən yeniliklər həm peşəkarlar tərəfindən təqdir qazanır, həm vətəndaşlar tərəfindən qiymətləndirilir. Kərim Vəliyevin Baş Qərargah rəisi təyinatı cəmiyyət tərəfindən müsbət qarşılandı. Nəcməddin Sadıkovdan sonra bu cür milli və dövlətçi şəxsin ordu rəhbərliyinə gətirilməsi bir növ ictimai sifariş idi.

Ənvər Əfəndiyevə general-leytenant ali hərbi rütbəsi verilib | Report.az

Ənvər Əfəndiyev

Ənvər Əfəndiyev ictimai rəydə populyar sima olmasa da, onun böyük xidmətlərinin olması sirri deyil. 1-ci Qarabağ müharibəsi veteranı olan Ənvər Əfəndiyev 2-ci Qarabağ müharibəsində də öz sözünü demiş, xidmətini layiqincə göstərmiş generallardandır.

Kamran Əliyevin baş prokuror təyin edilməsi də bu sistemdə kirliliyi, neqativləri xeyli aradan qaldırdı. Kamran Əliyev işinin peşəkarı, görkəmli hüquqçu olmaqla yanaşı, sadə, təvazökar insan kimi də tanınır. Onun şikayətçilərlə bağlı rəftarları ictimai alqış doğurub dəfələrlə. Bir sözlə, hər üç general ictimai rəydə müsbət qarşılanan və güvənilən isimlərdir. Bu cür kadrların ordu və prokurorluq sistemində yüksək vəzifələrə gətirilməsi xalq-dövlət inamını artırır, Prezidentin siyasətinin cəmiyyətin ən müxtəlif təbəqələrinə gedib çatmasına dəstək olur. Uğurlu kadr siyasəti idarəetmənin az qala 50 faizi deməkdir. Reputasiyası zədəli, xalq tərəfindən sevilməyən, korrupsiyada ad çıxaran kadrlar komandanın ən yaxşı işlərinə də kölgə salır. Əsası 2018-ci ildə qoyulan yeni kadr siyasəti artıq bəhrəsini verməyə başlayıb. Bunun ən bariz nümunəsi 44 günlük Vətən müharibəsində göründü. Həmçinin müharibədən sonrakı dövrdə də bunu görməkdəyik.

Emin Həsənli

Hərbi ekspert Emin Həsənli bu barədə “Yeni Müsavat”a şərhində bildirdi ki, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrimizin güclənməsinə, peşəkarlığının artırılmasına, maddi-texniki bazasının möhkəmlənməsinə, xüsusən kadr siyasətinə xüsusi diqqət göstərir. Məhz bu xüsusi diqqətin nəticəsi idi ki, Azərbaycan keçən il Vətən müharibəsində böyük qələbə əldə etdi: “Cənab Prezident eyni zamanda çox güclü xarici siyasət yürütdü, güclü iqtisadiyyat qurdu və bu istiqamətlərdə də yeni kadrlar vaxtında təyin olundu, irəli çəkildi. Bütün bu kompleks addımlar, tədbirlər ölkəmizin qələbəsində öz sözünü dedi. Azərbaycanın ən güclü hərbi kadrları dünyanın ən güclü ölkələrində təhsil aldı, kurslar keçdi, təlimlər keçdi və çox güclü kadr bazamız formalaşdı. Azərbaycan Prezidenti bütün silahlı qüvvələrdə çox ciddi islahatlar, o cümlədən kadr islahatları apardı. Biz müharibədə həm də məhz bu cür islahatların, milli, peşəkar, savadlı kadrların əməyi nəticəsində qələbə əldə etdik. Vətən müharibəsi başa çatdıqdan sonra hərbçilərimiz, yüksək rütbəli zabitlərimiz, generallarımız yüksək təltiflərə layiq görüldülər. Bu istiqamətdə addımlar indi də davam etdirilir. Müharibənin gedişində Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin komandanı Hikmət Mirzəyev general-leytenant rütbəsi ilə mükafatlandırıldı. Digər bir qrup hərbçilərimiz də yüksək rütbələr aldılar.

DTX rəisi Əli Nağıyev Şuşaya gedib

Əli Nağıyev 

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev general-polkovnik rütbəsinə yüksəldildi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimova general-polkovnik rütbəsi verildi. Bu və adını çəkmədiyim mükafatlandırılan çoxsaylı zabitlərimizin, kadrların Vətən müharibəsində böyük xidmətləri var. Onlar və iki gün öncə rütbələri yüksəldilən hörmətli generallar bu təltifləri, mükafatları zəhmətləri ilə haqq edirlər. Prezident İlham Əliyev Vətən qarşısında xidmətləri olan insanlara çox həssaslıqla, qayğı ilə yanaşır.

Fayl:Arzu Rəhimov.jpg — Vikipediya

Arzu Rəhimov

Bu da son nəticədə ölkəmizin inkişafına, güclənməsinə təsir göstərir. Yeni yüksək rütbələr almış şəxslərin hər birinə uğurlar diləyirəm. Onların üzərinə ölkəmizin maraqları baxımından çox böyük vəzifələr, məsuliyyət düşür. Bu məsuliyyəti, vəzifələri indiyə qədər olduğu kimi bundan sonra yüksək səviyyədə aparacaqlarına şübhə yoxdur”.    

Copy link
Powered by Social Snap