“Ermənistan müdafiə nazirini məcbur edəcəyik ki, təxribatların qarşısını alsın” – hərbi ekspert

Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında müəyyən bir əlaqənin yaranması və saxlanılması ilə bağlı  işğal dövründə mütəmadi olaraq bu məsələ qaldırılırdı. Hələ bizim torpaqlar işğal altında olduğu üçün Müdafiə Nazirliyi bunu müsbət qarşılanmırdı. İndi isə Azərbaycan qələbə qazanıb, işğalçı qüvvələri darmadağın edib, ərazi bütövlüyünü bərpa edib və artıq Azərbaycan Ordusunun Sərhəd Xidməti Ermənistan ilə sərhədləri qoruyur.

Paşinyanın çıxışında Ermənistan və Azərbaycan müdafiə nazirlərinin birbaşa əlaqəsini müsbət qarşıladığı prosesi Herbiand.az-a hərbi ekspert Şair Ramaldanov açıqlayıb.

 “Son zamanlar, əlbəttə, bu  təxribatsız ötüşmür və Ermənistan tərəf dəfələrlə sərhəddə təxribata əl ataraq sərhəddə vəziyyəti gərginləşdirmək məqsədi daşıyan addımlar atır.  Azərbaycan Ordusunun və Dövlət Sərhəd Xidmətinin bölmələri  düşmənin bütün təxribatlarına layiqli cavab verir və  itkiyə yol vermir. Bununla da yanaşı öz sərhədlərini etibarlı şəkildə mühafizə edir. Əlbəttə, artıq Ermənistanda bu fikirlər meydana gəlib ki, artıq sərhəddə komissiyalar yaranmalıdır. Bu komissiyanın iş prinsipi sivil şəkildə  beynəlxalq çərçivələrə uyğun olaraq  digər xarici dövlətlərlə olduğu kimi Azərbaycan və Ermənistan sərhədini qoruyacaq. Azərbaycan və Ermənistan müdafiə nazirlərinin əlaqələndirilməsinə, bu prosesə ancaq müsbət  baxmaq lazımdır. Çünki Ermənistan Müdafiə Nazirliyinə tabe olan qüvvələr tərəfindən təxribatlar törədilir. Bütün bunların qarşısını almaq üçün çevik şəkildə ən doğru məlumatları əldə edərək, iki müdafiə naziri arasında əlaqə saxlayaraq bu işləri qaydasına salmaq gərəkdir. Noyabrın 16-da  son təxribatda bütün məlumatlar toplanaraq Ermənistandan Rusiyaya ötürülürdü, Rusiyada ötürülən məlumatları təhlil edirdilər və qərar qəbul edirdilər. Bunun nəticəsində Rusiya vasitəsilə atəşkəs elan olunurdu.  Bu prosesdə də Ermənistan müdafiə naziri özünə sərf edən məlumatları Rusiyaya ötürürdü. Azərbaycan tərəf fərqli olaraq vəziyyəti olduğu kimi Rusiyaya məlumat verirdi. Biz bilirik ki, Ermənistan tərəfin ötürdüyü məlumatlar vəziyyəti tam şəffaf şəkildə əks etdirmir.  Bu məsələlər Rusiyada həll olunur. Düşünürəm ki, Ermənistan düşmən mövqeyində olsa da, Ermənistan müdafiə naziri və Azərbaycan müdafiə naziri əlaqə saxlaya bilsə və yaxud  məsul şəxlər bununla məşğul olsa, müdafiə nazirlərinə vaxtında məruzə olunsa,  iki müdafiə naziri birbaşa əlaqə vasitəsilə ilə real vəziyyəti müzakirə edə bilsə, qərar qəbul edə bilərlər. Qərarda təxribatın qarşısı alınması olacaq. Bununla biz sərhəddə xidmət edənlərin təxribat qarşısında olan itkilərin qarşısını almış olacayıq. Biz Ermənistan müdafiə nazirini məcbur edəcəyik ki, təxribatların qarşısını alsın.  Azərbaycan sülhə köklənib və stabillik tərəfdarıdır. Bunun üçün atılan addımları müsbət qarşılamalıyıq”.

Emin Şirvanzadə

Copy link
Powered by Social Snap