“Ermənistan təzminat verməli və cəzalanmalıdır” – HƏRBİ EKSPERTİN ŞƏRHİ

Ermənistan heç zaman beynəlxalq hüquqa əməl etməyib, hər zaman beynəlxalq hüququ kobudcasına pozub.

Herbiand.az xəbər verir ki, bu sözləri SİA-ya verdiyi açıqlamasında hərbi ekspert Emil Həsənli deyib.

Hərbi ekspert vurğulayıb ki, beynəlxalq hüquqda ən ağır cınayətlər işğaldır, soyqırımdır, separatizmdir, terrordur ki, Ermənistan bunu dövlət səviyyəsində həyata keçirir.

“Əsrlərə işgəncə vermək, əsirlərlə düzgün davranmamağı Ermənistan ən yüksək səviyyədə həyata keçirir və müharibədən sonra da minalanmış ərazilərin xəritəsini vermir. Bir qism xəritələri verdi ki, onlar da doğru gəlmədi, 25 faizi düzgün oldu. Necə ola bilər ki, bir Ağdam ərazisində 97 min mina basdırılıb. Bu, dövlətin nə qədər insanlıq əleyhinə, bəşəriyyət əleyhinə, mülki insanlara qarşı ən ağır cinayətlər törətdiyinin bariz nümunəsidir.

Təəssüflər olsun ki, yenə bir vətəndaşımız, mülki vətəndaşımız vəzifə borcunu yerinə yetirərkən minaya düşüb. Bu böyük bir siqnaldır və hələ bundan oncə, müharibədən sonra 50-dən artıq Azərbaycan vətəndaşının həyatını itirməsi, xəsarət alması beynəlxalq bir reaksiya vermir. Beynəlxalq aləmdə hüquq, insan haqlarına cavabdeh olan təşkilatlar, münaqişənin həlli ilə bağlı öhdəlik götürmüş təşkilatlar, dövlətlər konkret addım atmırlar. Onlar addım atsaydılar Ermənistan çoxdan bu mina xəritələrini verərdi. Onlar vaxtında addım atsaydılar heç həmin ərazilərin minalanmağına ehtiyac olmazdı, Ermənistan o torpaqları işğal edə bilməzdi. Ya da işğaldan sonra dərhal boşaltmalı idi. Amma indi də təəssüflər olsun ki, yenə heç bir addım atmırlar, yenə də Azərbaycan dövləti öz gücünə bu məsələləri həll edir. Mediada da biz bütün günü bunu görürük ki, Azərbaycan dövləti minaların təmizlənməsi ilə bağlı agentlik yaradıb, Müdafiə Nazirliyi yeni hərbi hissələr yaradıb, Fövqəladə Hallar Nazirliyi bu işlərlə məşğuldur, qardaş Türkiyə dəstək olub, dünyanın bir çox ölkələrindən İsrail, Amerika Birləşmiş Ştatları, Rusiya bu məsələlərdə Azərbaycana dəstək olub. Ancaq, ərazi böyükdür, genişdir, minalanma ilə çox çirklənibdir.

Baxmayaraq ki, Azərbaycan dövləti Beynəlxalq Hava Limanları tikir, şəhərlər salır, hərbi hissələr tikir, amma bununla bərabər yenə də vətəndaşlarımız minaya düşür. Bu onu deməyə əsas verir ki, Ermənistan cəzalanmalıdır. Dünyasını dəyişmiş, həyatını, sağlamlığını itirmiş vətəndaşlara görə Ermənistan təzminat verməlidir. Eyni zamanda əraziləri dağıtdığına görə təzminat verməlidir və aidiyyəti qurumlar da konkret iş görməlidir. Azərbaycan dövləti sürətli olaraq minaları təmizləyir, nə mümkündürsə edir və bundan sonra da edəcək”, deyə hərbi ekspert Emin Həsənli bildirib.

Copy link
Powered by Social Snap