Ermənistanda hərbçi təlimdə ölüb

Ermənistanda döyüş xidmətinin təşkili qaydalarının pozulması nəticəsində ehtiyatda olan hərbçi, çavuş Mkrtiç Ovakimyan ölüb.

Herbiand.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, sentyabrın 13-də saat 22.00-da serjant Mkrtiç Ovakimyan (1978-ci il təvəllüdlü) güllə yarası alıb. O, yerində ölüb.

Hadisənin döyüş xidmətinin düzgün təşkil olunması qaydasının pozulması nəticəsində baş verdiyi ehtimal edilir.

Hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, ehtiyatda olan serjant M. Ovakimyan hərbi toplanışlara cəlb olunubmuş.

Ermənistanda avqustun 25-dən ehtiyat olan hərbi mükəlləfiyyətlilərin 3 aylıq toplanışları başlayıb.

Copy link
Powered by Social Snap