Estoniya yeni pulemyot və snayper tüfəngləri alacaq

Estoniya Müdafiə İnvestisiya Mərkəzinin yaydığı məlumata görə, ölkə 2023-cü ildə gözlənilən və dəyəri 36 milyon dollar olan yeni pulemyotlar və snayper tüfəngləri alacaq.

Herbiand.az xəbər verir ki, bu haqda Army Recognitoin xəbər verir.

Estoniya ordusunun 2021-2030-cu illər üçün inkişaf planı yeni kiçik silahlar, pulemyotlar, tank əleyhinə sistemlər, tank əleyhinə reaktiv qumbaraatanlar, snayper tüfəngləri və minaatanların alınmasını nəzərdə tutur.

Əsas diqqət adekvat ehtiyat sursatların təmin olunmasına yönələcək. 2022-2025-ci illər dövründə silah-sursatların alınmasına 135 milyon avro, əlavə 20 milyon avro isə Milli Müdafiə İnvestisiya Proqramından cəlb olunacaq.

Beləliklə, Estoniya Müdafiə Nazirliyi gecə və gündüz istifadəsi mümkün olan müasir silahların köməkliyi ilə ordunun müdafiə qabiliyyətini gücləndirməyi planlaşdırır.

Hazırda eston ordusu İsrailin 5,56 mm kalbirli Negev, Belçikanın 7,62 mm kalibrli FN MAG, Almaniyanın 7,62 mm kalibrli MG3 və Amerikanın 12,7 mm M2 Browning böyükkalibrli 4 növ pulemyotlardan istifadə edir.

Copy link
Powered by Social Snap