Fransa qırıcılarını hissələrə ayırıb

Fransanın hava-kosmik qüvvələrinə məxsus təyyarələrin bir hissəsi uça bilməyəcək. Dassault Rafale qırıcılarının 14 ədədi hissələrə ayrılıb.

Herbiand.az xarici mətbuata istinadən xəbər verir ki, bu haqda Fransanın silahlı qüvvələr naziri Florans Parli 6 oktyabrda Senatda keçirilən dinləmələr zamanı deyib.

Parlinin sözlərinə görə, 2020-ci ilin 1 iyul tarixinə qədər Fransanın hava-kosmik qüvvələrinin ixtiyarında 102 ədəd Rafale qırıcısı var idi. Ancaq maşınların bir qismi tapşırıqları yerinə yetirə bilmirdi. Belə ki, 14 təyyarə ehtiyat hissə donoruna çevrilib. Bu da onların uçmaq üçün yararsız hala salıb.

Məlumatda bildirilib ki, buna Müdafiə Planı Qanunu səbəb olub. Dassault Aircraft şirkətinin bir neçə uğursuzluqlarından sonra Fransa silahlı qüvvələri ehtiyat hissələri olmayan təyyarələr alıb.

Sökülən təyyarələr Yunanıstana satılan qırıcılardan gələn vəsaitlərin hesabına xidmətə geri qaytarılacaq. Belə ki, Yunanıstan 2022-ci ilə qədər Fransadan 12 təyyarə alacaq.

Copy link
Powered by Social Snap