Gəncədəki partlayış səslərinə aydınlıq gətirildi – köhnə minalar utilizasiya olunur

Müdafiə Nazirliyi Gəncədə partlayış səsinin eşidilməsinə aydınlıq gətirib.

Müdafiə Nazirliyindən Herbiand.az-a bildirilib  ki, Azərbaycan Ordusunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri istismar müddəti başa çatıb və istifadəyə yararsız olan minaların Seyfəli poliqonunda utilizasiyasını həyata keçirir.

“Aparılan partlayış işləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur”, – deyə MN-dən bildirilib

Copy link
Powered by Social Snap