Hindistan sərhədçiləri elektrik vasitələr alacaq

Apasteron şirkəti Hindistan sərhədçiləri üçün elektrik avadanlığı və xüsusi əlcəklər təqdim edib.

Herbiand.az xarici mətbuata istinadən bildirir ki, şirkətin texniki direktoru Mohita Kumaranın sözlərinə görə, yeni silah Hindistan Sərhəd Təhlükəsizlik Qüvvələrinin sifarişi əsasında hazırlanıb. Çünki belə avadanlıqlar artıq Çin sərhədçiləri tərəfindən istifadə olunur. Bu silah vasitəsilə rəqibi əl döyüşündə neytrallaşdırmaq mümkündür.

Bundan başqa, Apasteron şirkəti elektrod və batareya ilə təchiz olunmuş xüsusi əlcəklər də göstərib. Batareyanın enerjisi rəqibə bir neçə tok zərbəsi vurmağa kifayət edir.

Xatırladaq ki, 2020-ci ildə Hindistan və Çin hərbçiləri arasında toqquşma olmuşdu. Nəticədə hər iki tərəfdən onlarla hərbçi xəsarət alıb.

Copy link
Powered by Social Snap