İsrail ən son yeni GBU-72 aviabombası sifariş etmək istəyir

İsrail Hərbi Hava Qüvvələri ABŞ-da yeni hazırlanan ən son GBU-72 aviabombalarını sifariş etmək istəyir.

Herbiand.az xarici mətbuata istinadən bildirir ki, İsrailin bu sursatları almaq haqqında planı hələ ABŞ-ın bu bombaları yenicə hazırlamağa başladığı zaman məlum olmuşdu.

GBU-72 yaxşı möhkəmləndirilmiş istehkamları və bunkerləri məhv etmək üçün nəzərdə tutulan ən son yeni bombadır. Hazırda İsrail Hərbi Hava Qüvvələrinin silahlanmasında GBU-28 bombaları var. Lakin, görünür, bu bombaların effektivliyi onları qane etmir.

Amerika tərəfinin verdiyi məlumata görə, yeni GBU-72 bombaları orta ölçüdə olacaq və çox güman ki, həm ABŞ Hərbi Hava Qüvvələrinin, həm də onun müttəfiqlərinin ehtiyaclarını ödəyə biləcək.

Oktyabrın 7-də sursatın sınağı keçirilib və uğurlu hesab edilib. Çəkisi 2,5 ton olan GBU-72 bombası F-15E qırıcısından 10600 m hündürlükdən atılıb. İstehsalçı onun xarakteristikasını açıqlamayıb. Amma əmin edib ki, yeni sursatın gücü sələflərinin bütün xəttini üstələyir.

Copy link
Powered by Social Snap