İsraildə F-35 qırıcılarının sayı 30 oldu

İsrail Hərbi Hava Qüvvələrinə məxsus Nevatim aviabazasına beşinci nəsil F-35I “Adir” 3 ədəd qırıcılardan ibarət növbəti partiya gəlib.

Hərbiand.az xarici mətbuata istinadən bildirir ki, təyyarələr 2020-ci ilin yanvarında formalaşdırılmış “Cənub aslanları” 116-cı eskadrilyanın tərkibinə daxil olacaq.

Hal-hazırda 2010-cu ildə bağlanmış müqavilələr çərçivəsində Amerikanın Lockheed Martin şirkəti İsrail hava qüvvələrinə artıq 30 ədəd F-35 qırıcıları göndərib. 2024-cü ilin sonuna qədər isə bunların sayı 50 ədəd təşkil edəcək.

İlk F-35I təyyarələri Nevatim aviabazasına 2016-cı ilin dekabrında enib. 10 təyyarə gələndən bir il sonra İsrail F-35I “Adir” qırıcı təyyarə parkının döyüşdə istifadəsinə hazır olduğunu bəyan edib.

Copy link
Powered by Social Snap