Mi-171A2 vertolyotu 5 km yüksəklikdə sınaqdan keçiriləcək

2022-ci ildə Rusiya Mi-171A2 vertolyotunun 5 km hündürlükdə sınağını aparacaq.

Herbiand.az TASS-a istinadən bildirir ki, bu haqda “Rostex” şirkətinin baş direktoru Vladimir Artyakov bildirib.

Onun sözlərinə görə, hazırda şirkət Mi-171A2-nin uçuş imkanları baxımından dağlıq ərazidə enmə və sərnişin daşıma kimi xarakteristikasının genişləndirilməsi üzərində işlər aparır. Hündürlükdə uçan şəxsi heyət və sərnişinlərin hər biri hava balonları ilə təmin olunacaq.

2020-ci ilin oktyabr ayında LiveJournal “Rostex” şirkətinin 2019-cu ildəki hesabatı əsasında xəbər vermişdi ki, Rusiya Çinə 121 ədəd vertolyot satacaq. Bildirilib ki, mövcud müqavilə Moskva ilə Pekin arasında həmin il bağlanıb. Sənəddə göstərilib ki, Rusiya Çinə 68 ədəd Mi-171 (modernləşdirilmiş Mi-171E daxil), 18 ədəd Mi-171Ş (hərbi nəqliyyat), 14 ədəd Mi-171 (BK-2500 motorlu) və 21 ədəd “Ansat” tədarük edəcək.

Copy link
Powered by Social Snap