Moskva səmalarını S-500 qoruyacaq

Birinci S-500 zenit raket sistemin briqadası Moskvanın və Mərkəzi sənaye sahəsi rayonunun hava məkanını mühafizə edəcək.

Herbiand.az bildirir ki, bu haqda TASS xəbər verib.

Mənbənin məlumatına görə, ilk briqada dəsti Rusiya hava-kosmik qüvvələrinin 15-ci xüsusi təyinatlı qoşunlarına daxil olub. Bu qoşun paytaxtın kosmik hava məkanının qorunması və mühafizəsi üzrə cavabdehlik daşıyır.

Məlum olduğu kimi, ikinci S-500 briqada dəsti orduya gələn ilin 1-ci yarısında təhvil veriləcək.

Copy link
Powered by Social Snap