Müdafiə Nazirliyi yeni müsabiqəyə start verib

Müdafiə Nazirliyi yeni müsabiqəyə start verib

2020-ci il üçün hazırlıq planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbəri” müsabiqəsinin ikinci mərhələsinə start verilib.

“Herbiand.az” saytı “Report.az” saytına istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qoşun növləri, birlik, birləşmə, əlahiddə hərbi hissələrdə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində keçirilən müsabiqənin məqsədi hərbi qulluqçularla ideoloji işin düzgün aparılması qaydalarının öyrədilməsi, onların milli mənəvi dəyərlər və Azərbaycançılıq ideyası ruhunda tərbiyə edilməsi, döyüş və mənəvi-psixoloji keyfiyyətlərinin təkmilləşdirilməsi, eləcə də hərbi intizamın daha da möhkəmləndirilməsi və qabaqcıl təcrübənin təbliğindən ibarətdir.

Müsabiqənin qalibləri xüsusi komissiya tərəfindən müəyyən ediləcək.

Copy link
Powered by Social Snap