Ordumuz Laçında təlimlərə başlayıb

Quru Qoşunlarının 2021-ci ilin hazırlıq planına uyğun olaraq oktyabrın 19-dan Laçında komanda-qərargah təlimi başlayıb.

Herbiand.az-a Müdafoə Nazilriyindən verilən məlumata görə, təlim kommunikasiya vasitələrinin geniş tətbiqi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunur.

Komanda-qərargah təlimində müasir idarəetmə üsullarının icra edilməsilə Quru Qoşunlarının digər qoşun növləri ilə qarşılıqlı əlaqədə fəaliyyəti yoxlanılır.

Copy link
Powered by Social Snap