Pakistan Çindən zenit raket kompleksi alır

Pakistan ordusunun Hava Hücumundan müdafiə qüvvələri Çinin HQ-9 zenit raket kompleksini silahlanmaya qəbul edib.

Herbiand.az xəbər verir ki, bu haqda Pakistan Müdafiə Nazirliyi məlumat yayıb.

Mərasim Karaçi Hava Hücumundan müdafiə qüvvələrinin ordu mərkəzində baş tutub. Mərasimdə Pakistan ordususun baş qərargah rəisi general Qəmər Cavid Bəcva iştirak edib.

Pakistan hərbçilərinin bildirdiyinə görə, HQ-9/P inteqrasiya olunmuş hava və raketdən müdafiə şəbəkəsinin bir hissəsi kimi fəaliyyət göstərə bilər: “Sistem Pakistan sərhədləri boyunca hava hücumundan müdafiə komplekslərinin əhəmiyyətli dərəcədə gücləndirilməsi üçün  istifadə olunacaq”.

HQ-9 sistemi Çinli mütəxəssislər tərəfindən Rusiyanın S-300 “Favorit” zenit raket sistemi əsasında hazırlanıb. Bu, Çin tərəfindən ballistik raketləri tutmaq imkanına malik olan ilk sistemdir. 1997-ci ildə istifadəyə verilib.

HQ-9 sisteminin maksimal uzaq məsafəsi 200 km, tutma hündürlüyü – 500-30000 m-dir (ballistik raketlərin tutma məsafəsi – 30 km). Kompleksin yerləşdirilmə müddəti 6 dəqiqədir.

Copy link
Powered by Social Snap