Polşa bütün “Osa” ZRK-nin təmirinə 2 il vaxt sərf edəcək

Polşa Müdafiə Nazirliyi sovet istehsalı olan “Osa” zenit raket kompleklərinin əsaslı təmir edilməsi üçün PGZ dövlət müdafiə konserninə sifariş verib. Müqavilənin məbləği təxminən 100 milyon zlot (Polşa pul vahidi) təşkil edəcək. PGZ konserni işləri 2023-ci ilə qədər yerinə yetirməyi planlaşdırır.

Herbiand.az xəbər verir ki, bu haqda Defence24 portalı bildirib.

Nəşrin icmalçıları bildiriblər ki, Polşanın “Osa” zenit raket komplekləri NATO-nun NATINADS və OPL SHORAD hava hücumundan müdafiə sistemlərinə inteqrasiya olunub. Hazırki komplekslər çoxdan köhnəlib. NATO hərbi komandanlığı Polşanın belə sistemlərdən istifadə etməsi ilə bağlı tez-tez narazılıqlarını bildirir. Ancaq Varşava qısa mənzilli Osa” zenit raket kompleklərini öz ixtiyarında saxlamağa məcburdur.

Copy link
Powered by Social Snap