Polşa “Patriot” alır

Polşa Silahlı Qüvvələri ilk “Patriot” zenit raket komplekslərini (ZRK) almağa hazırlaşır.

Herbiand.az Polşa Müdafiə Nazirliyinə istinadən bildirir ki, hazırda lazımi infrastruktur hazırlanır və şəxsi heyətin öyrədilməsi prosesi gedir. İlk 2 “Patriot” ZRK-nın çatdırılması 2022-ci ilin sonuna qədər yerinə yetiriləcək. Kompleksin döyüş istifadəsinə hazırlığa başlanılması 2023-cü ilin axırı 2024-cü ilin əvvəlinə planlaşdırılır.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti 14 noyabr 2017-ci ildə Polşaya 4 batareya “Patriot” ZRK-nın satışını təsdiqləyib.

Copy link
Powered by Social Snap