Qazaxıstan “Barıs” zirehli maşınların seriya istehsalına başlayıb

Qazaxıstanın “Kazakhstan Paramount Engineering” müəssisəsi yeni “Barıs 6×6” zirehli təkərli maşının seriya istehsalına başlayıb. Bu, Cənubi Afrikanın Paramount şirkətinin Mbombe zirehli avtomobilinin qazax versiyasıdır.

Herbiand.az xəbər verir ki, bu barədə şirkətin müşahidə şurasının sədri Aybek Borısov öz Facebook səhifəsində bildirib.

Şirkətin məlumatına görə, “Barıs 6×6” minalardan, əldəqayırma partlayıcılardan və yan partlayışlardan mühafizə etməyi bacarır.

Üç heyət və 6 desant hərbçilərdən ibarət olan maşını zirehlər qoruyur. Həmçinin əl pulemyotundan (7,62 мм x 51 NATO) və maşının altında 10 kq trotil ekvivalentdə olan partlayışdan qoruyur.

Maşnın 6 təkərinin olması onu yolsuz yerdə rahat keçməyə imkan verir. Zirehli maşın günün istənilən saatında və hava şəraitində, yoldan kənar müxtəlif səthlərə malik yollarda istənilən tapşırıqları yerinə yetirə bilər.

Copy link
Powered by Social Snap