“Ərazilərin təhlükəsizliyinin təmin edilməsini əsas bir vəzifə kimi önə çıxarır” – Hərbi ekspert Ədalət Verdiyev

İşğaldan azad edilmiş ərazilərimizdə müasir hərbi hissələrin yaradılması, şəxsi heyətin xidmət etməsi üçün bütün şəraitin yüksək səviyyəyə çatdırılması, Azərbaycan Ordusunun işğaldan azad edilmiş ərazilərdə yerinin möhkəmləndirilməsi Ordumuzun gücünü və ədəbiyyətə qədər torpaqlarımızın bizdə qalacağının göstəricisidir. Biz bütün bunları Azərbaycan Respublikasının Ali Baş Komandanı, Azırbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qoşun növlərinin komandanlarının çıxışında, irimiqyaslı təlimlər sayəsində görürük.


Bu fikirləri hərbi ekspert Ədalət Verdiyev azad olunmuş ərazilərdə hərbi infrastrukturun qurulması ilə bağlı aparılan işləri Herbiand.az-a şərh edərkən bildirib.
“Qubadlının Ermənistanla 120 km-lik sərhədə malik olması, Azərbaycan üçün bu ərazilərin təhlükəsizliyinin təmin edilməsini əsas bir vəzifə kimi önə çıxarır. Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubadlı rayonuunda yerləşən Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak etməsi də, bunu bir daha nümayiş etdirir. Xatırladım ki, dünyada belə bir silah arsenalına malik sərhəd hərbi hissələri olan barmaqla sayılacaq ölkə var. Hərbi hissə kifayət qədər silahlanmaya malikdir – bir neçə növ zərbə pilotsuz uçuş aparatlarına, tank əleyhinə idarə olunan raketlərə və sairə.
Bu hərbi hissənin döyüş imkan və potensialını düşmən və onu dəstəkləyən havadar ölkələrə bir daha nümayiş etdirmiş olur. Azərbaycan bir daha Sərhəd Qoşunlarına malik olmayan Ermənistana Azərbaycana qarşı ərazi iddialarına nə ilə nəticələnə biləcəyini əyani sürətdə nümayiş etdirir. Hərbi hissənin kompleksində şəxsi heyətin gündəlik iş və fəaliyyətinin təmin edilməsi üçün bütün zəruri olan şəraitə malik iş otaqları, yeməkxana, yaşayış binaları, zabit, gizir, əsgər yataqxanaları, anbarlar inşa edilib.
Yenidən çəkilən yol – nəqiliyyat infrastrukturu və bu infrastrukturun hava limanı ilə əlaqələndirilməsi, Silahlı Qüvvələrin təminat, təchizatı və manevr imkanlarına müsbət təsir göstərəcək”

Emin Şirvanzadə

Copy link
Powered by Social Snap