Respublika Günü münasibətilə “Zəfər marşı” adlı yeni videoçarx hazırlanıb

Respublika Günü münasibətilə “Zəfər marşı” adlı yeni videoçarx hazırlanıb

Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin genişmiqyaslı əməliyyat-taktiki təlimlər ərəfəsində təqdim etdiyi “Qələbəyə gedən yollar” videoçarxı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla izlənilib.

Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki, mərkəz 28 May – Respublika Günü münasibətilə “Zəfər marşı” adlı yeni layihəni təqdim edib. Marşın sözləri Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaniyə, musiqisi bəstəkar Azad Zahidə, ifası isə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi rəisinin müavini, Əməkdar artist, Prezident mükafatçısı mayor Cahangir Qurbanova aiddir.

Copy link
Powered by Social Snap