Rusiya sülhməramlılarını yeni avtomatlarla silahlandıracaq

Rusiya Müdafiə Nazirliyi bütün sülhməramlıları yeni AK-12 avtomatları ilə təchiz edəcək.

Herbiand.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu haqda hərbi dairələrdən məlumat verilib.

Məlumata görə, ilk olaraq Samara vilayətində yerləşən 15-ci motoatıcı briqada bu silahlardan alıb. Söhbət 1,5 mindən çox yeni atıcı silah nümunəsindən gedir. İlin axırına kimi isə AK-12 avtomatları dəniz piyada bölmələrə, tibbi, mühəndis-minaaxtaran və digər bölmələrə veriləcək.

Bu avtomat əvvəlki nəsildən yüksək dəqiqliyi ilə seçilir. AK-12-nin üzərinə müxtəlif nişangahlar, lazer hədəf göstərici, fənərlər və digər vasitələr qoymaq mümkündür. Ehtiyac yarandıqda silaha alt qumbaraatan da bərkitmək olar.

Copy link
Powered by Social Snap