Rusiya sursatların ABŞ-a göndərilməsini dayandırır

Amerikanın Rusiyaya tətbiq etdiyi əlavə sanksiyalara görə bu ölkəyə sursatların tədarükü dayandırılır. Beləliklə, Rusiya ABŞ kimi böyük patron və güllə satışı bazarını itirəcək.

Herbiand.az xəbər verir ki, bu haqda RBK agentliyi məlumat verib.

Rusiya istehsalçılarının mülki silahlar üçün istehsal etdiyi sursatların ən böyük bazarı ABŞ sayılır. İndi ruslar bu ölkədəki varlığını xeyli azaldacaq. Əgər yaxın müddət ərzində Amerika hökuməti məhdudiyyətləri aradan qaldırmasa, onda Rusiya ümumiyyətlə ABŞ-dakı bazarını tamamilə itirəcək.

Qeyd edək ki, Vaşinqtonun bu ilin sentyabrında Rusiyaya əvvəlki illərdə tətbiq etdiyi sanksiyalara əlavələr etdikdən sonra Amerika istehlakçıları Rusiyadan gələn güllələrin istifadəsində maneələrlə üzləşiblər. Bundan başqa ABŞ-a silah və digər sursatların da tədarükü qadagan edilib. Əlbəttə məhsulların qəbulu birdən dayandırılmayacaq. ABŞ ilə bağlanmış əvvəlki müqavilələr yerinə yetiriləcək. Ancaq yeni müqavilələr bağlamaq və ya köhnəsinin vaxtını uzatmaq mümkün olmayacaq.

Hazırda Rusiya Amerikanın mülki silahlar üçün istifadə olunan güllə bazarının 21%-ni təşkil edir. Hər il ABŞ-a Rusiyadan dəyəri 100 milyon dollardan çox olan bu cür məhsullar gətirilir.

Hazırda Amerika istehlakçıları sursat çatışmazlığı ilə bağlı çətinlik çəkirlər. Artıq sursatların qiymətində artım müşahidə olunur.

Qeyd edək ki, ABŞ dünyanın ən böyük mülki silahlar üçün istifadə olunan güllə satışı bazarı hesab olunur.

Copy link
Powered by Social Snap