Tailand AT-6 yüngül hücum təyyarəsinin ilk alıcısı olub

Tailandın Kral Hava qüvvələri Amerikanın Textron Aviation şirkəti ilə 8 ədəd Beechcraft AT-6 Wolverine yüngül hücum təyyarəsinin alınması ilə bağlı müqavilə imzalayıb. Müqavilə Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dubai Airshow-2021 aviasalon sərgisinin birinci günündə imzalanıb.

Herbiand.az xəbər verir ki, bu barədə Textron Aviation şirkətinin mətbuat xidmətindən bildirilib.

Müqavilənin dəyəri 143 milyon dollar təşkil edir. Həmçinin müqaviləyə görə, İndoneziya işçiləri hazırlıq keçəcəklər. Əlavə olaraq ehtiyat hissələr və yerüstü avadanlıqlar da veriləcək.

İşlər Kanzas ştatında yerləşən Uiçito şirkətinin müəssisəsində aparılacaq.

2023-cü ildə Tailandda texniki xidmət üzrə mütəxəssislərin hazırlanması başlayacaq. 2024-cü ildə isə Uiçitoda pilotların hazırlığı başlayacaq. AT-6TH təyyarəsi Tailand hərbi hava qüvvələrinin ixtiyarına 2024-cü ildə veriləcək.

Yenilər köhnəlmiş L-39ZA təyyarələrini əvəzləyəcək. AT-6 təyyarələrindən sərhəd təhlükəsizliyini dəstəkləmək üçün geniş diapazon üzrə vəzifələri yerinə yetirmək, həmçinin qaçaqmalçılıq, narkotik satışı və insan alveri ilə mübarizədə də istifadə etmək mümkün olacaq. Həmçinin, bunlardan müşahidə missiyalarında da istifadə ediləcək.

Təyyarə müxtəlif növ yüksəkdəqiqlikli bombalar, raketlər və asılan artilleriya sistemləri ilə təchiz oluna bilər.

Copy link
Powered by Social Snap