Türkiyə Ukraynaya zirehli maşınlar üçün silahlar göndərəcək

Ukrayna zirehli maşınlar üçün Türkiyənin Aselsan şirkətinin istehsalı olan silahlar alacaq. İstehsalçı “Kazak-2M1” zirehlı avtomobillərini döyüş modulları ilə təchiz edəcək.

Herbiand.az xəbər verir ki, bu barədə Defence Blog məlumat verib.

Aselsan şirkəti Sarp Dual və Sarp Zafer döyüş modullarını tədarük etməyə hazır olduğunu bildirib. Bu döyüş modulları “Kazak-2M1” zirehlı avtomobillərinin bir hissəsi kimi istifadə oluna bilər.

Sarp Dual bir quraşdırmada iki silah növündən istifadə edə bilər. Sarp Zafer döyüş modulunun üstünlüyü isə maşının içində olduğu halda silahların doldurula bilməsidir.

“Kazak-2M1” “Praktika” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanıb.  Zirehli maşınların modernləşdirilməsi onu 7,62 kalibrli zirehdələn yandırıcı güllələrdən mühafizə edir. 280 at gücündə olan mühərrikin gücü saatda 110 km təşkil edir.

Copy link
Powered by Social Snap