Ukrayna sovet avtomatlarından imtina edir

Ukrayna milli qvardiyası sovet tüfəngləri və avtomatlarından imtina edəcək. 45 mm-lik 5,56 kalibrli UAR-15 yarı avtomatik tüfəngləri Kalaşnikov avtomatlarını əvəz edəcək.

Herbiand.az xəbər verir ki, bu haqda Defence Blog məlumat verib.

Milli qvardiyanın polkovniki Serqey Qriçenko ordunun silahlandırılmasının davam etdiyini bildirib. Qeyd edib ki, yeni silahları xüsusi təyinatlı bölmələr alıb. Avtomatlardan əlavə snayper Draqunova tüfəngləri də yerini UAR-10 tüfənglərinə verəcək.

UAR-15 Amerikanın istehsal etdiyi yarı avtomatik tüfəng olan AR-15-in nüsxəsidir. ABŞ bu tüfəngləri 1958-ci ldə silahlanmaya qəbul edib.

Copy link
Powered by Social Snap