Vətən müharibəsində döyüş getmiş ərazilərdə insan qalıqlarının axtarışı üçün 182 əməliyyat keçirilib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) neytral vasitəçiliyi qismində iştirakı ilə ikinci Qarabağ müharibəsində döyüşlərin təsirinə məruz qalmış ərazilərdə insan qalıqlarının axtarışı və götürülməsi üçün 182 əməliyyat təşkil edilib.

APA-nın xəbərinə görə, bunu BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Copy link
Powered by Social Snap