Ermənistanda əsgər intihar edib

Ermənistanda müddətdən artıq xidmət edən hərbi qulluqçunun – çavuşun cəsədi hərbi hissələrdən birinin hərbi şəhərciyinin emalatxanasında tapılıb.

Herbiand.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatında qeyd olunub.

Bildirilir ki, təxliyə dəstəsinin komandirinin cəsədi asılmış vəziyyətdə tapılıb. İlkin məlumatlara görə, əsgər intihar edib.

Hadisənin bütün təfərrüatlarının araşdırılması üçün tədbirlər görülür.

Copy link
Powered by Social Snap