Gəncədə maşın piyadanı vurub

Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

Hadisə şəhərin Cavad xan qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən yaşlı kişini vurub.

Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Piyadanın kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır

Copy link
Powered by Social Snap