Tovuz rayonunda yanğın olub

Tovuz rayonunun Əyyublu kəndində ərzaq mağazası yanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Herbiand.az-a bildiriblər ki, ümumi sahəsi 50 kvadratmetr olan ərzaq mağazası və ona bitişik ümumi sahəsi 100 kvadratmetr olan köməkçi tikilinin dam örtüyünün 80 kvadratmetr sahəsi yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Copy link
Powered by Social Snap