Gədəbəyə dolu düşüb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 14-ü saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əsasən yağmursuz keçib.
Xidmətdən Herbiand.az-bildiriblər ki, Şəmkir, Daşkəsən, Gədəbəy, Zaqatala, Gəncə, Şəkidə şimşək çaxıb, qısamüddətli yağış yağıb, Şəmkirdə düşən yağışın miqdarı 2 millimetr olub.
Sentyabrın 13-ü axşam saat 22:30 radələrində Gədəbəy rayonunun dağlıq ərazilərinə diametri 6-8 millimetr olan xırdadənəli dolu düşüb.

Copy link
Powered by Social Snap