Aslan Ağayev yeni vəzifəyə təyin olunub – FOTO

Güləş üzrə qadınlardan ibarət millimizin baş məşqçisi Aslan Ağayev yeni vəzifəyə təyin olunub.

Herbiand.az xəbər verir ki, təcrübəli mütəxəssis bundan sonra Astara Olimpiya İdman Kompleksinin direktoru kimi fəaliyyətini davam etdirəcək.

Məhz bu səbəbdən 2005-2016-cı illərdə sərbəst güləş üzrə yığmamızda məşqçi kimi işləyən, 2017-ci ildən isə qadınlardan ibarət komandanı çalışdıran A.Ağayev millimizin baş məşqçisi vəzifəsindən ayrılıb.

Bu gün Olimpiya Güləş Mərkəzində Azərbaycan Güləş Federasiyasının rəhbərliyi mütəxəssislə görüşüb. Yığma komandaların məşqçiləri və güləşçilərinin də iştirak etdiyi tədbirdə federasiyanın prezident əvəzi Namiq Əliyev Aslan Ağayevin sərbəst və qadın güləşinin inkişafında göstərdiyi xidmətlərə toxunub və bu yolda sərf etdiyi əməyə görə məşqçiyə təşəkkürünü bildirib. A.Ağayevə yeni işində uğurlar arzulayan Namiq Əliyev mütəxəssisə federasiya adından xatirə hədiyyələrini təqdim edib.

Qeyd edək ki, qadın güləşçilərimiz noyabrın 1-dən 7-dək Serbiyanın Belqrad şəhərində keçiriləcək U-23 dünya çempionatında millinin məşqçiləri Rövşən Umudov və Həsrət Məmmədyarovun rəhbərliyi altında çıxış edəcək.

Copy link
Powered by Social Snap