Boksçularımız 2 medal qazanıblar

Rusiyanın Krasnodar şəhərində gənc boksçular arasında Nikolay Pavlyukovun xatirəsinə həsr olunan beynəlxalq turnir keçirilib.
Herbiand.az xəbər verir ki, 15 ölkədən 146 idmançının qatıldığı yarışda Azərbaycan yığması 4 boksçu ilə təmsil olunub.
Baş məşqçi Əsgər Eyvazovun rəhbərliyi etdiyi komanda çıxışını 2 bürünc medalla başa vurub. Boksçularımızdan Nicat Hüseynov (51 kq) və Fətəli İsmayılov (86 kq) üçüncü yeri tutublar. Fətəli İsmayılov və Tural Sarıyev (48 kq) göstərdikləri döyüşə görə turnirin xüsusi kuboku ilə də mükafatlandırılıblar.
Qeyd edək ki, yarış Monteneqronun Budva şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyıb.

Copy link
Powered by Social Snap