Cüdomuzun Olimpiya ənənələri davam edəcək

“İdman – mübarizə meydanıdır: qələbə də olur, məğlubiyyət də… Tokio-2020 olimpiadasında cüdoçularımızın bizim arzuladğımız nəticələri əldə bilməmələri, əlbəttə, təəssüf hissi doğurur”. 

Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, ustalar və veteranlar arasında dünya və Avropa çempionatlarının qalibi Azər Əsgərov özünün şəxsi İnternet səhifəsindəki (azeraskerov.az) növbəti statusunda cüdocularımızın Tokio-2020-dəki çıxışlarına münasibətini belə ifadə edib.

O, Azərbaycan Cüdo Federasiyasının məşqçilər heyəti barədə sərt qərar qəbul etdiyini xatırladaraq yazır: 

“Amma idmançılarımızı şiddətlə qınamaq da düzgün yanaşma deyil. Onların hər biri Olimpiya lisenziyasını çox mötəbər beynəlxalq yarışlarda uğurlu çıxlşlarına, qələbələrinə görə qazanıb”.

İdmanda şəxsi keyfiyyətlərlə yanaşı, bəxt amilinin də böyük rol oynadığını vurğulayan Azər Əsgərov bu Olimpiadanın yarışlarının da istisna təşkil etmədiyini vurğulayaraq yazır: 

Copy link
Powered by Social Snap